HADİSƏ

Qətlə yetirilən kişinin oğlu bir il əvvəl qəzada ölübmüş - FOTO

Ötən gün axşam saatlarında Abşeron rayonunun Fatmayi qəsəbəsində 1973-cü il təvəllüdlü İftixar Həşimov qətlə yetirilib. 52 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Kənan Məmmədov saxlanılıb.

"32gun.az"ın məlumatına görə, qətlə yetirilən İftixar Həşimovun oğlu Fərid Həşimov ötən il 23 yaşında ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

Qeyd edək ki, ağır qəza 2024-cü il iyunun 1-də Abşeron rayonu Novxanı qəsəbəsində baş vermişdi. "Daewoo Gentra" markalı minik avtomobilinin "Ural" markalı yük maşınına çırpılması nəticəsində Fərid Həşimov və Emin Xudiyev ağır xəsarətlər alaraq hadisə yerində ölüblər.

Oxşar Xəbərlər