Rusiya prezidenti Vladimir Putin bu gün Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə deyil, Cənubi Afrika Respublikasının ( RSA ) rəhbəri Siril Ramafosa ilə telefonda danışıb.
32gub.az bildirir ki, bu barədə TASS-a müsahibəsində Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.
Aprelin 21-də Rusiya Federasiyasının bələdiyyə qurumlarının rəhbərləri ilə görüşü zamanı Putin Lula ilə telefon danışığı apardığını və onların “çox yaxın əlaqələrinin” olduğunu qeyd edib.
Peskov jurnalistin sualını cavablandırarkən, "Xeyr, səhv danışdı, Ramafosa ilə telefon danışığından danışırdı" deyib.
Kremlin mətbuat xidmətinin məlumatına görə , Putin və Ramafosa ikitərəfli əməkdaşlığı və Ukraynada nizamlanmanı müzakirə ediblər . Bundan əlavə, Rusiya prezidenti həmkarını Cənubi Afrikanın qarşıdan gələn milli bayramı – Azadlıq Günü münasibətilə təbrik edib.
Ayxan