DÜNYA ÖZ XƏBƏR

Polşa tank istehsalını bərpa etməyi planlaşdırır

Polşa yaxın vaxtlarda tank istehsalını bərpa etmək niyyətindədir.

32gun."RAP" agentliyinə istinadən xəbər verir ki , bu barədə Polşa Silah Qrupunun (PGZ) idarə heyətinin sədri vəzifəsini icra edən Arkadiuş Bonk bildirib. 

“Polşa yaxın vaxtlarda ölkəmizdə Polşa Silahlar Qrupuna daxil olan zavodlarda tanklar istehsal edəcək”, - o qeyd edib.

Bonkun sözlərinə görə, Cənubi Koreyanın K2(PL) tanklarının istehsalı ilə bağlı danışıqlar son mərhələdədir.

Nilay

Oxşar Xəbərlər