Pərulu bloqer dırnaq yemək vərdişinə görə insult keçirdiyini bildirib
Pərudan olan məşhur bloqer və influenser Mario Kolomina dırnaq yemək vərdişi səbəbilə 10 il əvvəl insult keçirdiyini açıqlayıb.
32gun.z bildirir ki, bu barədə Terra nəşri məlumat yayıb.
Bloqerin sözlərinə görə, bu vərdiş ona Staphylococcus aureus adlı bakteriya yoluxmasına səbəb olub. Bu mikroorqanizm qızdırma, halsızlıq, ağrı, şişkinlik, irinləmə, nəfəs almaqda çətinlik və digər ciddi simptomlarla müşayiət olunur.
Mario əvvəlcə sadəcə qrip olduğunu düşünüb, lakin sonradan onun sol ayağı iflic olub. Xəstəxanaya yerləşdirilən bloqerin müayinəsi zamanı məlum olub ki, bakteriyalar onun ürəyinin mitral qapağında yerləşib. Qan hərəkəti zamanı isə bu mikroorqanizmlər bədənə yayılıb və nəticədə ürək çatışmazlığı yaranıb.
Bakteriyaların yayılmasının qarşısını almaq üçün Mario Kolominaya təcili ürək qapağı əməliyyatı aparılıb.
Ayxan