SOSIAL
İlham Mirzəliyev “Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Rəsmi saytda hələ müavin kimi göstərilir +FOTO
Xəbər verdiyimiz kimi, bir müddət öncə Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Mirzəliyev “Azəristiliktəchizat”a yeni sədr təyin edilib.
Lakin maraqlı bir məqam diqqətimizi çəkib.
32gun.az xəbər verir ki, İlham Mirzəliyev “Azəristiliktəchizat” ASC-nin rəsmi saytının rəhbərlik bölümündə İdarə heyətinin sədri yox, İdarə heyəti sədrinin müavini kimi göstərilir.
Rəsmi internet saytında rəhbərlik bölməsində İdarə Heyətinin sədri hissəsi hələ də boşdur.
Xatırladaq ki, Sərəncam 1 may 2025-ci il tarixində imzalanıb.
Nilay

