HADİSƏ

Bakıda köməkçi tikilidə yanğın olub, ölən var

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin içərisində məişət və taxta tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən "32gun.az"a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər