Azərbaycan bu qadınları İnterpol xətti ilə beynəlxalq axtarışa verib - SİYAHIDA GÖRÜN KİMLƏR VAR
Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib.
"32gun.az"ın məlumatına görə, hazırda insan alveri cinayət əməllərinə görə axtarışda olan təqsirləndirilən şəxslərin sayı 13 nəfərdir.
Onların siyahısını təqdim edirik:
Ələkbərova Lalə Vilayət qızı - 13.12.1960-cı ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.
Orucova Ruhəngiz Şükür qızı – 14.01.1987-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.
Məmmədova Gülnarə Vladimir qızı – 03.04.1979-cu ildə Lənkəran şəhərində anadan olub. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2022-ci ildə axtarış elan edilib.
Abdiyeva Hicranə Rəcəb qızı – 28.07.1969-cu ildə Quba şəhərində anadan olub. Quba şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Qədirli Zeynəb Böyükağa qızı – 15.12.1978-ci ildə Kürdəmir şəhərində anadan olub. Kürdəmir şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
İsayeva Azadə Eynəli qızı – 14.05.1964-cü ildə Lənkəran rayonunda anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2020-ci ildə axtarış elan edilib.
Qurbanzadə Şəkər Ağabala qızı - 07.02.1962-ci ildə Yevlax rayonunda anadan olub. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.
Məmmədova Şöhrət Savalan qızı – 19.01.1978-ci ildə Goranboy rayonunda anadan olub. Goranboy rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Quliyeva Validə Tahir qızı – 01.11.1964-cü ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Hacıyeva Qızqayıt Rafiq qızı – 26.08.1984-cü ildə Abşeron rayonunda anadan olub. Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Həsənova Sevda Həsən qızı – 30.07.1968-ci ildə Lənkəran şəhərində anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Məmmədova Gülxanım Xudam qızı – 20.06.1964-cü ildə Cəlilabad rayonunda anadan olub. Cəlilabad rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilmiş, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.
Şiriyeva Vüsalə Raqib qızı – 16.05.1981-ci ildə Astara rayonunda anadan olub. Astara rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2024-cü ildə axtarış elan edilib.
***10:30
Azərbaycan bu səbəbdən 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 (2023-cü illə müqayisədə 1 nəfər az) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
"32gun.az" xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.
Bildirilib ki, hesabat ilində insan alveri (15), seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 (2023-cü illə müqayisədə 9 nəfər çox) təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 (2023-cü illə müqayisədə 7 nəfər çox) nəfəri, o cümlədən 3 (2023-cü illə müqayisədə 2 nəfər az) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.
Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.


*********
HƏMÇİNİN BAX