DÜNYA ÖZ XƏBƏR

Türkiyədə POLİS ƏMƏLİYYAT KEÇİRDİ: 12 qadın xilas edildi

Afyonkarahisar Respublika Prokurorluğunun koordinasiya etdiyi fahişəlik əməliyyatında təqib edilən 4 şübhəlinin ünvanına basqın edilib.

3gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, reyd zamanı cinayət yolu ilə əldə edildiyi güman edilən 55 min 610 lirə, 190 min lirə dəyərində 4 veksel, bir ov tüfəngi və 6 mobil telefon götürülüb.

Əməliyyat zamanı GS, H.Ü., İ.Ç., HD, LM və MD saxlanılıb. Şübhəlilər LM və MD polis bölməsində ifadələrini verdikdən sonra sərbəst buraxılıblar. Ədliyyəyə sövq edilən şəxslər arasında GS, H.Ü., İ.Ç. və HD həbs olundu. Həbs edilən şübhəlilərdən ikisinin ev dustaqlığına buraxıldığı bildirilib.

Əməliyyat zamanı 12 qadın fahişəlik bataqlığından xilas edilib.

Nilay 

Oxşar Xəbərlər