HADİSƏ

Mingəçevirdə evdə partlayış - Xəsarət alan var

Mingəçevirdə partlayış olub.

"32gun.az"ın məlumatına görə, hadisə bağlar yaşayış massivi ərazisində yerləşən fərdi evdə baş verib. Belə ki, qaz sızması nəticəsində baş verən partlayış dağıntıya səbəb olub. Hadisə zamanı 1986-cı il təvəllüdlü Səidə Bayramova yaralanaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. 

Faktla bağlı araşdırma başlanıb.

Oxşar Xəbərlər