HADİSƏ

Goranboyda 45 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya edildi (YENİLƏNİB)

Bu gün Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Bildirilib ki, Goranboy rayonunun Qaraçinar kənd sakini, 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş, Goranboy rayonunin Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

14:09

Kəlbəcər sakini Goranboyda minaya düşüb.

Hadisə rayonun Qaraçinar kəndinin yaxınlığında Baranbat meşəsi ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonun Cəmilli kənd sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində xəsarət alıb. 45 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. Unikal 

Oxşar Xəbərlər