DÜNYA
İranda bu generallar həlak olub - YENİLƏNİB
İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami İsrail ordusunun Tehrana endirdiyi zərbə nəticəsində həlak olub.
"32gun.az" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Qeyd edək ki, İsrailin zərbələri İranın paytaxtında bir sıra yaşayış binalarını hədəf alıb və nəticədə mülki şəxslər həlak olub. Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında uçuşlar dayandırılıb.
***
İsrailin İran ərazisinə endirdiyi hava zərbələri nəticəsində SEPAH generalı Qulaməli Rəşid öldürülüb.
"32gun.az" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.