SOSIAL
Qaxın icra başçısı və müavinləri saxlanıldı / FOTO (YENİLƏNİB)
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
"32gun.az" Unikal-a istinadən xəbər verir ki, icra başçısı Musa Şəkiliyevlə birlikdə müavinləri Elbrus Tağıyev və Vəfa Heydərova da saxlanılıb.
Hazırda saxlanılan şəxslər Bakıya gətirilir.
***
14:33
Dövlət Təhlükəsizlik Xidməti Qax rayonunda əməliyyat həyata keçirib.
"32gun.az" News24.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev saxlanılıb.
Onun hansı səbəbdən saxlanıldığı hələlik bəlli deyil.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.