
BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albaneseyə qarşı sanksiyalar tətbiq edi0ib.
"32gun.az" xəbər verir ki, ABŞ-ın Dövlət katibi Marko Rubio sosial şəbəkə platforması X-də yayımladığı açıqlamada qeyd edib.
Rubio paylaşımında bildirib ki, Albanesenin ABŞ və İsrail rəsmiləri, şirkətləri və rəhbərlərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsi vasitəsilə tədbirlər görməyə cəhd etməsi qanunsuz və utancvericidir.
O, Albanesenin fəaliyyətini ABŞ və İsrailə qarşı siyasi və iqtisadi müharibə adlandırıb və Vaşinqtonun hər zaman tərəfdaşlarının özünü müdafiə hüququnu dəstəkləyəcəyini vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ BMT-yə Françeska Albanesenin vəzifədən uzaqlaşdırılması ilə bağlı rəsmi tələb göndərmişdi. “Free Beacon” nəşrinin məlumatına görə, Ağ Ev onu terrorizmi dəstəkləməkdə və antisemitizm mövqeyində ittiham edir. Həmçinin Vaşinqton iddia edir ki, Albanesenin beynəlxalq hüquq üzrə lazımi ixtisası yoxdur.
Ayaz