
Fələstin hərəkatı HƏMAS Qəzza zolağında atəşkəsə dair danışıqlar çərçivəsində 10 girovu azad etməyə razılıq verib.
"32gun.az" xəbər verir ki, bu barədə HƏMAS-ın rəsmi bəyanatında bildirilib.
Bəyanatda bildirilir:
“Hazırkı səylərin uğur qazanması üçün hərəkat zəruri çevikliyi nümayiş etdirib və 10 əsirin azad edilməsinə razılaşıb.”
HƏMAS nümayəndəsi danışıqların əsas mövzularının humanitar yardımın artırılması, İsrail ordusunun Qəzza zolağından çıxarılması və davamlı atəşkəsə dair real zəmanətlərin əldə olunması olduğunu vurğulayıb.
Xatırladaq ki, İsrailin Baş naziri Binyamin Netanyahunun da daha öncə verdiyi açıqlamada İsrail ilə HƏMAS arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın yaxın olduğu bildirilmişdi.
Bununla belə, The Times of Israel nəşri fələstinli mənbələrə istinadla yazıb ki, İsrail və HƏMAS arasında aparılan beşinci dolayı danışıqlar raundu hələlik əhəmiyyətli nəticə verməyib.
Ayaz