ÖZ XƏBƏR

1918-ci ilin Qərbi Azərbaycanı – Gələcəyə işıq tutan tarixi foto

1918-1919-cu illərdə Qərbi Azərbaycanın İrəvan şəhərində çəkilmiş bu nadir foto sosial şəbəkələrdə yayıldıqdan sonra gündəm olub.

Hətta deyərdim ki, rezonans doğurub.

Şəkildən də göründüyü kimi o dövrün yerli əhalisi – azərbaycanlılar  gündəlik həyatla məşğuldur: uşaq, araba, at, və kənd məişəti təsvir olunub.

Əlbəttə, bu cür görüntülər təkcə arxiv sənədi deyil, həm də tarixi yaddaşın güzgüdür. Çünki bu torpaqlarda əsrlər boyu yaşamış azərbaycanlıların izləri, bu gün təkzib olunmağa çalışılsa da, silinməzdir.

Foto bir daha sübut edir ki, İrəvan bir zamanlar Azərbaycan mədəniyyətinin, kənd həyatının və sosial münasibətlərin canlı məkanı olub.

Bu fotonu cənab prezidentin də səsləndirdiyi, dünyaya çatdırdıgı fikirlərlə birləşdirdiyimiz zaman gələcəyə işıq tutur. Tarixin yaxınlaşdığına əmin oluruq.

Bu mesaj bizə göstərir ki, tarixi ədalətin bərpa olunacağı gün uzaqda deyil.

Bu paylaşım Qərbi Azərbaycan həqiqətlərini yenidən gündəmə gətirir və tarixə sahib çıxmağın nə qədər vacib olduğunu xatırladır.

Hətta bu fotonun timsalında Prezident İlham Əliyevin iyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə səsləndirdiyi bu fikirlər bir daha yada düşür: 

“Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.

Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.

Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.”

Aygün İlqarqızı 

 

 

Oxşar Xəbərlər