
“Topqapı” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində bir neçə fakt üzrə Operativ vergi nəzarəti nəticəsində maliyyə sanksiyaları tətbiq olunub.
Vergi orqanlarının aktlarına əsasən şirkətə aşağıdakı cərimələr kəsilib:
Pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, eləcə də malların qaimə-faktura və ya elektron vergi sənədləri olmadan əldə olunması ilə bağlı iki ayrı akt əsasında müvafiq olaraq 2120 manat və 2491,60 manat maliyyə sanksiyası tətbiq edilib.
Vergi orqanlarında uçotda olmayan obyekt və ya təhrif olunmuş məlumat təqdim edilməsi faktı üzrə isə iki dəfə 40 manat cərimə olunub.
Həmçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi faktı ilə bağlı 2000 manat məbləğində əlavə sanksiya tətbiq edilib.
Beləliklə, ümumilikdə 6691,60 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
MMC Şəki rayonu, Şəki şəhəri, Novruz küçəsi, ev 1/11 ünvanında qeydiyyatdadır. Hüquqi təmsilçisi Səlim Şirinov Nurəli oğludur, nizamnamə kapitalı isə 20 manat təşkil edir.
Qeyd edək ki, şirkətə qarşı bu qədər çoxsaylı və müxtəlif növ vergi pozuntuları ilə bağlı tədbir görülməsi onun fəaliyyətində ciddi qeyri-şəffaflıq şübhələrini artırır.
Nilay