
HADİSƏ
Bakıda motosiklet qəzaya düşdü, xanım sərnişin öldü
Ötən gün Səbail rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"32gun.az"ın Unikal-a istinadən məlumatına görə, idarəetmədən çıxan motosiklet dəmir maneəyə çırpılıb.
Qəza nəticəsində sərnişin olan xanım həyatını itirib.
Ağır xəsarət alan motosikletin sürücüsü isə xəstəxanaya yerləşdirilib.