
ÖZ XƏBƏR
“Aqreqat İstehsalat Birliyi” MMC-nin 75 min manatlıq nəqliyyat vasitəsi tenderi ləğv edildi
“Aqreqat İstehsalat Birliyi” MMC tərəfindən xidməti nəqliyyat vasitələrinin satın alınması məqsədilə elan edilən tender 21 iyul 2025-ci il tarixində ləğv olunub.
32gun.ax xəbər verir ki, Satınalmanın ehtimal olunan dəyəri 75.700 manat idi. Ləğv səbəbi olaraq təklif və təminat təqdim etmiş, tələb olunan lisenziyaya malik təchizatçıların sayının üçdən az olması göstərilib. Bu, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsi ilə tənzimlənir.
Qanunvericiliyə əsasən, satınalma prosedurlarının şəffaf və rəqabətli şəkildə həyata keçirilməsi üçün ən azı üç iştirakçının olması tələb olunur. Bu say təmin olunmadıqda müsabiqə hüquqi əsasla ləğv edilir.
Ayaz