
Hindistanlı xokkey oyunçusu dörd məşqçini qrup şəklində zorlamaqda ittiham edib.
32gun.ax xəbər verir ki, Times of India xəbər verib.
Hadisə baş verən gün 15 yaşlı məktəbli yerli stadionda oynayırmış. Məşqdən sonra, zərərçəkənin özünün dediyi kimi, dörd məşqçi onu kiçik, ayrı bir binaya apararaq təcavüz edib.
Qız müqavimət göstərsə də, kişilər onu hədələyərək heç kimə heç nə deməməsini tələb ediblər.
Lakin zərərçəkmiş polisə müraciət edib. İstintaq başlandıqdan sonra həmin şəxslər saxlanılaraq bir neçə maddə, o cümlədən dəstə zorlama maddəsi ilə başlanmış iş üzrə ittiham irəli sürülüblər. Təqsirləndirilən şəxslərin hamısının 30 yaşdan yuxarı olduğu məlum olub.
Nilay