
İranda məhkəmə binalaırna silahlı hücum oldu, ölənlər var - YENİLƏNİB
Naməlum silahlı şəxslərin İranın Sistan və Bəlucistan əyalətinin ədliyyə orqanlarına hücumu nəticəsində ümumilikdə 8 nəfər həlak olub.
"32gun.az" xəbər verir ki, ilkin məlumata görə,13 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri ilə toqquşmada 3 terrorçu da öldürülüb.
Dərhal hadisə yerinə xilasedicilər göndərilib.
Hücuma görə məsuliyyəti “Ceyş əl-Adl” adlandırılan terror qruplaşması öz üzərinə götürüb.
*** 10:57
İranın Zahidan şəhərində naməlum silahlı şəxslər məhkəmə binasına hücum ediblər.
"32gun.az" xəbər verir ki, bu barədə İranın Ədliyyə Qurumunun İnformasiya Mərkəzi məlumat yayıb.
Sistan və Bəlucistan əyalətlərində naməlum silahlı şəxslərin ədliyyə binalarına hücum etdiyini bildirib.
İlkin məlumata görə, hücum nəticəsində bir neçə nəfər yaralanıb. Dərhal hadisə yerinə xilasedicilər göndərilib. Unikal