HADİSƏ

Kür çayının kənarında kişi meyiti aşkarlandı

Qazax sakininin meyiti tapılıb.

"32gun.az"ın Unikal-a istinadən məlumatına görə, hadisə Kür çayının rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kür çayının kənarında nasosxanada çalışan Birinci Şıxlı kənd sakini 1969-cu il təvəllüdlü M. Qurbanovun meyiti aşkarlanıb.

Onun ürək tutmasından öldüyü bildirilir. Hadisə yerinə aidiyyatı qrumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.p

Oxşar Xəbərlər