
Şuşada baş verən yanğının səbəbi açıqlandı - YENİLƏNİB
İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.
"32gun.az" xəbər verir ki, bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub.
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.
***14:51
Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində yanğın baş verib.
"32gun.az" xəbər verir ki, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.
Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.