
Novxanıda dənizdə batan şəxslərdən biri hərbçi imiş
Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.
"32gun.az" Oxu.az-a istinadən xəbər verir ki, həyatını itirənlərdən biri, Arif Əsədullayev Dövlət Sərhəd Xidmətində (DSX) baş çavuş imiş.
O, suda batan 15 yaşlı yeniyetməni xilas etmək istəyərkən boğulub.
A.Əsədullayevin hərbi xidmətdən məzuniyyətə gəldiyi bildirilib.
20:40 27-07-2025
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.
"32gun.az" xəbər verir ki, 16 yaşlı iki yeniyetmə dənizdə çimərkən boğulma təhlükəsi ilə üzləşiblər. Onlardan biri sudan çıxmağı bacarsa da, digərinə isə kömək etmək istəyən şəxs öz həyatını riskə ataraq dənizə girib.
2009-cu il təvəllüdlü Əli Cabbarov və ona kömək etməyə çalışan şəxs boğularaq həyatını itirib.
Onların axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.