HADİSƏ

Lökbatanda yanğın törədən şəxs saxlanılıb

İyulun 28-də saat 11 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən "32gun.az"a verilən məlumata görə, yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov saxlanılıb.

Həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunverciviliyə uyğun tədbir görülüb.

Oxşar Xəbərlər