SOSIAL

Məktəbli forması ilə bağlı AÇIQLAMA

Məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir.

"32gun.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildirib ki, valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər Agentliyin və yerli bölmələrinin Çağrı Mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər:

“Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı Agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin Çağrı Mərkəzi ilə əlaqə yarada bilərlər”.

Oxşar Xəbərlər