ÖZ XƏBƏR

Gömrük Komitəsinin qurumu 1C proqram təminatına texniki dəstəyə görə 95 min manat ödəyəcək – 10 manatlıq şirkətə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən "Azərterminalkompleks" Birliyi 1C proqram təminatına texniki dəstək xidmətlərinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb.

Satınalmanın qalibi "COMPLEX SERVICES" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 95.863,2 manat məbləğində müqavilə imzalanacağı gözlənilir.

Qalib şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. MMC-nin qanuni təmsilçisi Şahin Fərəczadə Adil oğludur.

Qeyd edək ki, 1C proqram təminatı dövlət qurumlarında mühasibatlıq və idarəetmə sistemlərinin avtomatlaşdırılmasında geniş istifadə olunur.

Ayaz 

Oxşar Xəbərlər