DÜNYA

Tramp və Putinin görüşü başladı - CANLI (YENİLƏNİB) / Video

Tramp və Putin arasında danışıqlar başlayıb

"Unikal" xəbər verir ki, danışıqlar “üçün üçə” formatında keçirilir.

Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında baş tutur. İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıb.

Danışıqlar medianın iştirakı olmadan davam edir.

XXX

23:26

Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü başlayıb.

Danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlayıblar.

Qarşılanmadan sonra Prezidentlər görüş üçün təyin olunan bazaya yollanırlar.

 

 

 

Oxşar Xəbərlər