DÜNYA
Rusiya yenə SOCAR-ın Ukraynadakı terminallarına hücum etdi
Rusiya yenidən Nova Poşta terminalına və Azərbaycan dövlət neft şirkəti SOCAR-ın Ukraynadakı terminallarına zərbələr endirib.
"32gun.az" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, gecə saatlarında Odessa ətraflarında yanacaq-energetika infrastrukturu obyektində və binada PUA hücumu nəticəsində yanğın baş verib. Yanğın söndürülüb, ölən və xəsarət alan yoxdur.