HADİSƏ

Kürdəmirdə qəzada ölən Qafqazın FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsində sürücü ölüb.

"Unikal"ın məlumatına görə, qəzada həyatını itirən şəxs rayonun Sığırlı kənd sakini, 2004-cü il təvəllüdlü Qafqaz Mənəflidir.

Onun fotosunu təqdim edirik

***12:36

Kürdəmirdə ölümlə nəticələnən ağır qəza baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşaraq yol kənarındakı işıq dirəyinə və trasformatora çırpılıb.

Nəticədə bir nəfər ölüb. Onun kimliyi dəqiqləşdirilir. Fakt araşdırılır.

Oxşar Xəbərlər