ÖZ XƏBƏR
“SEDAM” MMC-nin 224 min manatlıq tenderi ləğv edildi
Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərən “SEDAM” MMC su ölçmə cihazlarının satın alınması ilə bağlı tender elan etmişdi.
a32gun.az xəbər verir ki, satınalma prosesi təchizatçıların sayı üçdən az olduğu üçün ləğv edilib. Qaydaların 36.1.1-ci bəndinə əsasən, tələb olunan lisenziyaya və ya icazəyə malik iştirakçıların minimum sayı təmin edilməyib.
Satınalmanın ehtimal olunan qiyməti 224 min 288,5 manat təşkil edirdi.
Ayaz