MƏDƏNİYYƏT - ŞOU

Əsrarəngiz tarixi məkan Keşikçidağ mağaralar kompleksi / FOTO

Ağstafa rayonundakı Keşikçidağ mağaralar kompleksi.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, Gürcüstanla sərhəddə yerləşir. Bu tarixi məkanın ərazisində müdafiə məqsədilə inşa edilmiş 11 metr hündürlüyündə, erkən Orta əsrlərə aid edilən üçmərtəbəli Keşikçiqala, 7 təbii, 69 süni mağara, iki Alban məbədi, “Qüdrət bulağı” inanc yeri, 150-yə yaxın kurqan, 6 yaşayış düşərgəsi, çoxlu sığınacaqlar, ərzaq anbarları, su quyuları mövcuddur.

Özünəməxsus əzəmətli görünüşü ilə hamını özünə valeh edən, qədim yurdun daş kitabəsi sayılan bu mağara–məbədlər kompleksi minilliklər boyu nəinki aya-günəşə tapınanların, atəşpərəstlərin, həmçinin xaçpərəstlərin pənah gətirdiyi ibadət məskəni olub. Qoruğun ərazisi ta Daş dövründən başlayaraq, müasir dövrə qədər olan tarixi, memarlıq, dini abidələrlə yanaşı, arxeoloji maddi-mədəniyyət nümunələri ilə zəngindir.

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki qaranlıq mağaralarda zamanın gizli səhifələrində gizlənmiş tarixi həqiqətləri araşdırmaq, öyrənmək üçün bu abidələr kompleksini yalnız görmək, müşahidə etmək azdır, onları hiss etmək, eşitmək, dinləmək lazımdır.

Oxşar Xəbərlər