Cabir İmanov dəfn edildi - YENİLƏNİB
Əməkdar artist Cabir İmanov dəfn edilib.
"32gun.az" xəbər verir ki, o, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
***15:00
Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
"32gun.az" xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
*** 13:57
Xəbər verdiyimiz kimi, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.
"32gun.az məlumatına görə, mərhumun cənazə namazı qılındıqdan sonra, onun nəşi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə gətirilib.
Vida mərasiminə mərhumun yaxınları, sənət adamları və dövlət rəsmiləri qatılıb.
O, daha sonra Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.