Kamran Quliyev “Bazarstore” marketlər şəbəkəsindən haqsız davranışa məruz qaldığını bildirib. Onun sözlərinə görə, mağazada alış-veriş etdikdən sonra mühafizə əməkdaşı tərəfindən səbəbsiz yerə geri çağırılıb və oğurluqda şübhəli bilinib.
Müştəri qeyd edib ki, market işçilərindən biri onun şirniyyat məhsulu götürüb ödəniş etmədiyini iddia edib:
“Mühafizə arxamca düşərək dedi: ‘Sizə olarmı?’ — çağırdı içəri və ‘sizdə mağazaya aid bir şey qalıb?’ soruşdu. Dedim ki, qalmayıb. İşçi isə israrla dedi ki, ‘bəli, götürmüsünüz, özüm gördüm’. Mən də dedim ki, elədirsə, kameralara baxın — sadəcə qiymətinə baxıb bəyənmədiyim üçün geri qoymuşdum.”
Kamran Quliyev əlavə edib ki, kameralara baxıldıqdan sonra onun heç bir qaydanı pozmadığı məlum olub, lakin buna baxmayaraq heç kim ondan üzr istəməyib:
“Məsələnin onların səhvi olduğu aydın oldu. Xanım səhv görüb, mən heç nə götürməmişəm. Amma boşuna vaxtımı aldılar, məni hər kəsin içində oğru kimi göstərdilər və sonda da üzr istəmədilər.”
Şikayətçi bildirir ki, haqsız yerə rüsvay edilməsinə görə hüquqi addım atmaq niyyətindədir və bu kimi hallarla qarşılaşanların çox olub-olmadığını soruşur:
“Belə bir hallla tək mənmi qarşılaşmışam? Bu, biabırçılıqdır.”
Qeyd edək ki, “Bazarstore” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllədir. Şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir.
"Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Əhməd Gözəldir (Ahmet Gozal). O bu vəzifəyə yanvarın 18-də atası Abdolbari Gozalin dünyasını dəyişməsindən sonra gəlib.
Ə.Gozal "Azərbaycan Sənaye Bankı"nın rəhbəridir. O, bankın Müşahidə Şurasının Korporativ İdarəetmə Komitəsinin sədri vəzifəsini tutur.

"Azərsun Holdinq"in qanuni təmsilçisi isə şirkətin idarə heyətinin üzvü olan Mehmet Savaş Uzandır.
Xatırladaq ki, daha əvvəl “Bazarstore” barədə Dövlət Vergi Xidməti tərəfindən AKT tərtib edilməsi barədə xəbər vermişdik.
Nilay