MƏDƏNİYYƏT - ŞOU

Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB

Ötən gün vəfat edən Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

"32gun.az" xəbər verir ki, daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub.

***10:34

Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

"32gun.az" xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri və sənət dostları  iştirak edirlər.

Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib.

Oxşar Xəbərlər