DÜNYA

Ermənistan deputatı: “Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram və...”

"Fakt budur ki, 1994-cü ildə biz müharibədə qalib gəlmədik. Ancaq  bəli, ciddi döyüşləri udduq".

Moderator.az-ın News.am-a istinadla verdiyi xəbərə görə, bu fikri  Ermənistanın “24TV” telekanalının efirində baş nazir N.Paşinyanın lideri olduğu  “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının üzvü Ovik Ağazaryan ifadə edib.

O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü çoxdan tanıyıb, o da bunu “tanıyır” və Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur.
 
Ermənistan parlamentinin üzvü kimi  Azərbaycanın  irəli sürdüyü beş məsələ ilə bağlı fikirləri,  həmin məqamları qəbul edib-etməməsi haqda suala isə Ağazaryan belə cavab verib:
 
“Mən şəxsən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram”. Lakin erməni deputat əlavə edib ki, “Stepanakert” (Xankəndi). – S.L.) öz müqəddəratını özü müəyyən etməlidir”...

Oxşar Xəbərlər