"Son 30 ildə dövlətimizin büdcəsi 50 dəfə artıb"
Son otuz ildə Azərbaycanın dövlət büdcəsi təxminən 50 dəfə böyüyüb – bu, ölkənin iqtisadi inkişaf tempinin bariz göstəricisidir. 2004–2024-cü illər arasında iqtisadiyyat ümumilikdə 3,8 dəfə, qeyri-neft sektoru isə 3,7 dəfə artım nümayiş etdirib. 2003-cü ildə əhalinin 44,7%-i yoxsulluq həddində yaşayırdı, işsizlik 9,2% idi. Lakin 2024-cü ilə gəldikdə hər iki göstərici cəmi 5,3%-ə qədər azalıb.
“32gun.az” xəbər verir ki, bu barədə Milli Məclisdə keçirilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” adlı konfransda iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxışı zamanı məlumat verib.
Sahib Ələkbərov bildirib ki, son 20 ildə Azərbaycanın iqtisadiyyatına ümumilikdə 344,4 milyard dollar investisiya cəlb olunub və bunun 213,2 milyard dolları qeyri-neft sahələrinə yönəldilib. Onun sözlərinə görə, bu fakt ölkədəki sabitliyin, etibarlı biznes mühitinin və xarici investorların Azərbaycan iqtisadiyyatına olan inamının nəticəsidir.
Ayaz