MƏDƏNİYYƏT - ŞOU

Şahnaz Haşımova xəstəxanaya yerləşdirildi

Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.

"32gun.az" xəbər verir ki, bu barədə sənətçinin oğlu Tural Abdullayev qafqazinfo-ya məlumat verib. Onun sözlərinə görə, Ş.Haşımova sabah günün birinci yarısı əməliyyat olunacaq:

“Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısına kimi əməliyyat olunmalıdır”.

Xatırladaq ki, 68 yaşlı Xalq artistinin 2023-cü ildə də səhhətində problemlər yaranmışdı.

Oxşar Xəbərlər