SOSIAL
SON DƏQİQƏ! Operativ Qərargah vacib iki məlumatı əhaliyə çatdırdı
Azərbaycanda koronavirus 41 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə 32gun.az Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Operativ Qərargahın yaydığı digər məlumata görə,
Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 854 vaksin vurulub.
Məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 750, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 391, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 368 nəfərdir.