HADİSƏ
Xırdalanda 2 aylıq körpə boğularaq öldü
Xırdalanda iki aylıq körpə ölüb.
"32gun.az" xəbər verir ki, dekabrın 22-si saat 14 radələrində bu il noyabrın 23-də dünyaya gələn Rəvanə Heydər qızı Muxtarova yaşadığı Xırdalan şəhərindəki evdə boğazında qida qalmasından boğularaq ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.