HADİSƏ
Mingəçevirdə qayınana və gəlin dəm qazından zəhərləndi
Mingəçevirdə bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
"32gun.az" Unikal'a istinaden məlumat verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən keçmiş köçkün şəhərciyində baş verib. 1935-ci il təvəllüdlü Nabat İsmayılova və 1973-cü il təvəllüdlü gəlini Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Hər iki şəxs xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.