SOSIAL
Azərbaycanın döyüş təyyarələri havaya qalxdı - Müdafiə Nazirliyi məlumatyaydı (VİDEO)
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq Hərbi Hava Qüvvələrində (HHQ) döyüş təyyarələri ilə təlim uçuşları həyata keçirilib.
Müdafiə Nazirliyindən 32gun.az-a verilən məlumata görə, təlimdə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri yerinə yetirilib.
Həmçinin şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi və hava kəşfiyyatının aparılması üzrə tapşırıqlar pilotlar tərəfindən müvəffəqiyyətlə icra olunub.