DÜNYA ÖZ XƏBƏR

Zelenski Trampla ərazi güzəştlərini müzakirə etmək niyyətindədir

Zelenski Tramp ilə görüşdə ərazi güzəştlərinin müzakirə olunacağını təsdiqlədi
Ukrayna Prezidenti Vladimir Zelenski Floridada ABŞ Prezidenti Donald Tramp ilə görüşün əvvəlində tərəflərin ərazi güzəştləri məsələsini müzakirə edəcəyini təsdiqləyib. Görüşün yayımını CNBC telekanalı aparıb.
Ukrayna liderinin açıqlamasından sonra ABŞ prezidenti qeyd edib ki, əldə olunacaq razılaşma çərçivəsində Kiyev böyük iqtisadi faydalar əldə edəcək. Bundan sonra liderlər qapalı formatda danışıqları davam etdirmək üçün zaldan ayrılıblar.
Dekabrın 28-i axşam saatlarında Floridada ABŞ və Ukrayna prezidentləri arasında danışıqlar başlayıb. Zelenskinin daha əvvəl bildirdiyinə görə, bu görüş münaqişənin nizamlanması üzrə sülh planının təxminən 10 faiz bəndinin razılaşdırılması məqsədi daşıyır. Onun sözlərinə görə, həmin məsələlərə ərazilərlə bağlı mövzular və Zaporojye Atom Elektrik Stansiyasına nəzarət də daxildir.

Ayaz 

Oxşar Xəbərlər