Məzahir Pənahov bu vəzifəsindən AZAD OLUNDU (əlavə olunub)
ƏLAVƏ OLUNUB:
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunmayıb, öz ərizəsi ilə gedib.
Bu barədə Qaynarinfo-ya BDU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib: "Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.
Fakültə Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib".
Qeyd edək ki, Məzahir Pənahov 1993-cü ildə Fizika-riyaziyyat elmləri doktoru, professordur. 1991-ci ildən 1996-cı ilədək Ümumi fizika kafedrasının, 1996-cı ildən Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri olub. O, 19 may 2000-ci ildən MSK-ya rəhbərlik edir.
*** 10:00
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Məzahir Pənahov MSK sədri vəzifəsini tutduğu üçün 25 ildir müdiri olduğu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasındakı vəzifəsindən getməli olub.
BDU rektoru Elçin Babayevin müvafiq əmri ilə Fizika-riyaziyyat elmləri namizədi, "Ümumi fizika və FTM” kafedrasının dosenti Rəhimov Rəhim Şükür oğlu Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə təsdiqlənib.