DÜNYA

Putin bu silaha çox güvənir, “Terminator” müharibənin taleyini dəyişəcəkmi? - Texniki xüsusiyyətləri

3 ayı geridə qoyan müharibədə qalibiyyət əldə edə bilməyən Rusiya Ukraynaya qarşı son kartını işə salıb. “Terminator” olaraq tanınan və 5 nəfərlik komandanın idarə etdiyi zirehli maşın Suriyadan Ukrayna sərhədinə gətirilib. 

Gundem.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ən çox güvəndiyi döyüş texnikasından istifadə qərarının müharibənin gedişatını dəyişdirəcəyinə inanılır. Ruisya mediası bu silahın dövriyyəyə girməsini "müharibədə oyunu dəyişdirəcək vasitə" kimi şərh edib. 

T-72 şassisi üzərində dizayn edilmiş və 2 ədəd 30 mm-lik avtomatik top, 4 tank əleyhinə raket, 2 30 mm qumbaraatan və 7,62 mm-lik pulemyotdan ibarət təsirli arsenal daşıyan bu zirehli maşın xüsusiyyətlərini təqdim edirik:

Çəkisi: 46,5 ton

Uzunluğu: 9.53 m

Eni: 3.78 m

Hündürlük: 2.23 m

125 mm-lik tank silahı, güclü döyüş sursatı və tank əleyhinə raketləri atmağa qadirdir.

Pulemyotlar: 7,62 mm pulemyot və 12,7 mm pulemyot

Müdafiə imkanları: Artan zireh qorunması, yüksək avtomatlaşdırılmış atəşə nəzarət sistemi, inkişaf etmiş sağ qalma texnologiyası.

Loading...

Oxşar Xəbərlər