DÜNYA

Qısqanc kişi arvadı ilə mehriban davranan dostunu arbaletlə ÖLDÜRDÜ

Yaponiyanın Kaqava prefekturasının qısqanc sakini bəyəndiyi qadınla mehriban davrandığı üçün həmkarını arbaletlə vuraraq 19 il həbs cəzasına məhkum edilib.

32gun.az bildirir ki, bu barədə Vice məlumat yayıb.

25 yaşlı Kota Midzuquti gələcək qurbanı 27 yaşlı Reo Obika ilə 2012-ci ildən dostluq edirdi. Kişilər birlikdə məktəbə gediblər və 2020-ci ilin avqust ayından Midzuquti dostunu işə düzəldiyi şirkətə dəvət etdikdən sonra onlar birlikdə işləməyə başladılar.

Lakin yaponların yoldaşlığı, Midzuqutinin aşiq olduğu bir həmkarının diqqətini cəlb etmək istədiyi üçün rəqabətə çevrildi. Nəticədə o, Obikanı evinə dəvət edib və dostunu başından oxla vuraraq arbaletlə öldürüb. Yaponiyada odlu silahların saxlanmasına ciddi qadağalar var, lakin son vaxtlara qədər arbaletlər qadağan edilməmişdi.

Sonradan məlum oldu ki, Midzuquti barıt və neyrotoksinlər kimi öldürücü silahlar haqqında məlumat üçün internetdə axtarış aparmağa başlayıb. Bu faktı nəzərə alan prokurorlar cinayətin qəsdən və əvvəlcədən planlaşdırılaraq törədildiyini hesab ediblər. Polis müəyyən edib ki, qətlin səhərisi Midzuquti yaxınlıqdakı meşədə həmkarının cəsədini gizlətmək üçün yer tapıb.

Yapon cinayəti etiraf edib. Məhkəmə onu həbs müddətindən əlavə, oğlunun qətlinə görə zərərçəkənin valideynlərinə təzminat kimi 30 milyon yen (222 600 dollar) ödəməyə məhkum edib. //Mili.az

Loading...

Oxşar Xəbərlər