HADİSƏ
Bakıda ana 7 yaşlı qızı ilə birgə İTKİN DÜŞDÜ
Bakıda ana və qızı itkin düşüblər.
32gun.az Lent.az-a istinadla xəbər verir ki, 28 yaşlı Qarayeva Gülnur Yolçu qızı və onun 7 yaşlı qızı Osmanova Miray Asif qızı paytaxtın Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən "Seul" gözəllik salonundan çıxaraq naməlum istiqamətdə gediblər.
Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.