Bakıda DƏHŞƏT: Evdə 7 nəfər yandı, əkiz körpə bacılar öldü - YENİLƏNİB
Bakıda baş verən yanğında daha bir azyaşlı həyatını itirib.
Lent.az-ın məlumatına görə, hadisə zamanı ailənin iki əkiz uşağı, 2021-ci il təvəllüdlü Fatimə və Zəhra Abbasovalar dünyasını dəyişiblər.
Həmçinin 3 yaşlı Zərifə Abbasova, 2 yaşlı Atilla Abbasov, ana Hamiyə Abbasova, ata Rövşən Abbasov, baba Qafar Abbasov yaralanaraq yanıq mərkəzinə yerləşdiriblər.
*** 10:06
Bakının Sabunçu rayonunda evdə baş verən yanğında yaralananlar yanıq mərkəzinə yerləşdirilib.
Bu barədə 32gun.az-a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, yaralılar hazırda müayinə olunur:
"Yaralılardan 5 nəfər Yanıq mərkəzindədir. Onlardan 3-ü uşaq, bir ana və bir atadır. Bir körpə isə xəstəxanaya çatdırılmamış dünyasını dəyişib.
Əlavə məlumat veriləcək.
xxx
Bakıda mənzildə yanğın baş verib.
32gun.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə qeydə alınıb.
Mənzildə baş verən yanğın zamanı 1 yaşlı körpə dünyasını dəyişib, 5 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
