DÜNYA

Ərdoğan, Bayden və Consonun bu zarafatı GÜNDƏM OLDU (VİDEO)

İspaniyada NATO Liderlər Zirvəsində yaşanan hadisə sosial medianın gündəminə çevrilib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğanın Co Bayden və İngiltərənin baş naziri Boris Consonla dialoqu diqqət çəkib.

Belə ki, liderlərin söhbəti zamanı Consonun prezident Ərdoğana türkcə “Çox gözəlsən” deməsi Türkiyə prezidentinin gülüşünə səbəb olub. Ardınca Ərdoğan Consona eyni sözləri “Çox gözəlsən” cavabını verəndə ABŞ prezidenti Bayden gülməyə başlayıb.

3 liderin söhbəti zamanı baş verənlər kameralara anbaan əks olunarkən, Ərdoğanla Consonun əyləncəli dialoqu sosial mediada gündəmə gəlib. Bir çox istifadəçi videonu paylaşaraq xoş söhbətə münasibət bildirib.

Nurlan Şiraliyev

Loading...

Oxşar Xəbərlər