DÜNYA

Məşhur müğənniyə 30 il həbs cəzası VERİLDİ (FOTO/VİDEO)

1990-cı illərdə ABŞ-da məşhurlaşan Qremmi mükafatlı R&B və hip-hop müğənnisi Robert Silvestr Kelli cinsi istismara görə 30 il həbs cəzasına məhkum edilib.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı müğənni "18 yaşından kiçik qızlara qarşı sistemli cinsi istismar" və "nüfuzdan sui-istifadə" maddələri ilə ittiham edilir.

Müğənni məhkəmədə ifadə verməkdən imtina edib, cəzası oxunarkən heç bir reaksiya verməyib, lakin ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Bildirilib ki, son iclasda ifadə verən zərərçəkənlərdən bəziləri qaradərili müğənninin onlara qarşı etdiyi təhqirləri və alçaldıcı azğın davranışlarını izah edərkən göz yaşlarına boğulublar.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər