HADİSƏ

Azərbaycanın bu rayonuna göydən DAŞ DÜŞDÜ - FOTOLAR

Zaqatalaya yad cisim düşüb.

32gun.az xəbər verir ki, bu barədə Lent.az-a rayonun Uzuntala kənd sakini Nəriman Nuriyev məlumat verib.

Onun sözlərinə görə, ötən gün saat 16 radələrində Katex çayının kənarında balıq tutarkən havadan qəribə uğultu səsi eşidib. Dərhal sonra isə meşəlik əraziyə nə isə düşüb. Həmin əraziyə gedən Nəriman oradan isti daş parçası tapıb.

N. Nuriyev bu barədə Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Uzuntala kəndi üzrə icra nümayəndəsi Sona Xasıyevaya məlumat verib. Nümayəndəlik də öz növbəsində hadisə ilə bağlı rayon rəhbərliyini məlumatlandırıb.

N. Nuriyev meşədə tapdığı yad cismi kənd icra nümayəndəliyinin qarşısına gətirib. Kəndə gələn rayon rəhbərliyi tərəfindən daşa baxış keçirilib. Daşın çəkisi 10 kiloqramdır. 

Düşən yad cisimlə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Loading...

Oxşar Xəbərlər